27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İsveçrə ilə tərəfdaşlığın genişləndirilməsi məsələlərinə dair müzakirələr aparılıb

İsveçrə ilə tərəfdaşlığın genişləndirilməsi məsələlərinə dair müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında İsveçrəyə işgüzar səfərinə dair daha bir paylaşım edib.

“Azərbaycan – İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətləri, həmçinin ticarət və investisiya əlaqələrinin mövcud vəziyyətini həmkarlarla birlikdə Birgə Komissiyanın 10-cu iclasında nəzərdən keçirdik. İclasda İsveçrə Konfederasiyası ilə tərəfdaşlığın ikitərəfli formatda və beynəlxalq maliyyə qurumları çərçivəsində genişləndirilməsi məsələlərinə dair müzakirələr apardıq”, - deyə məlumat verən nazir Mikayıl Cabbarovun sözlərinə görə, sənaye, enerji, rəqəmsal iqtisadiyyat, innovasiya, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın yeni perspektivləri diqqətə çatdırılıb:

“Azərbaycanın əlverişli investisiya mühiti, strateji nəqliyyat bağlantıları, yaşıl enerji potensialı və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərin İsveçrə biznesi üçün yaratdığı imkanları vurğuladıq”.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?