6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan TCCI-nin Astanada keçirilən növbədənkənar iclasında iştirak edib

Azərbaycan TCCI-nin Astanada keçirilən növbədənkənar iclasında iştirak edib

Qazaxıstanın paytaxtı Astanada Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) rəhbərlərinin növbədənkənar iclası keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının məlumatına görə, iclasda TCCI-yə üzv dövlətlərin ticarət və sənaye palatalarının rəhbərləri, dövlət qurumlarının, Türk Dövlətləri Təşkilatının və Türk İnvestisiya Fondunun nümayəndələri iştirak ediblər. Ölkəmizi tədbirdə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov təmsil edib.

Gündəliyin əsas mövzuları TCCI-nin daha əvvəl qəbul etdiyi qərarların icrası, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Sammitinə təkliflərin hazırlanması və birliyin institusional inkişafı olub. Həmçinin vahid investisiya portfelinin formalaşdırılması, ortaq elektron ticarət və ixrac platformasının yaradılması, eləcə də biznesin qarşılıqlı fəaliyyəti üçün rəqəmsal alətlərin tətbiqi müzakirə olunub.

Qeyd edək ki, bu il Qazaxıstan Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?