3 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mərkəzi Bank BMT-nin İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub

Mərkəzi Bank BMT-nin İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna (Sustainable Insurance Forum – SIF) üzv qəbul olunub.

AMB-nin məlumatına görə, Mərkəzi Bank bu üzvlük çərçivəsində dünyanın müxtəlif ölkələrinin sığorta nəzarətçiləri və tənzimləyiciləri ilə əməkdaşlığı genişləndirmək, beynəlxalq təcrübə və bilik mübadiləsində iştirak etmək, eləcə də forumun işçi qrupları və müzakirələrində təmsil olunmaq imkanı əldə edib. Bununla da, Mərkəzi Bank sığorta sektorunda dayanıqlılığın və iqlim risklərinə qarşı davamlılığın gücləndirilməsi ilə bağlı beynəlxalq təşəbbüslərə töhfə verə, həmçinin qabaqcıl beynəlxalq təcrübənin ölkənin sığorta sektorunun inkişafında tətbiqi imkanlarını genişləndirə biləcək.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının dəstəyi ilə 2016-cı ildə yaradılan Forum sığorta sektorunda dayanıqlılıq məsələlərinin, o cümlədən iqlim dəyişiklikləri ilə bağlı risklərin sığorta nəzarəti çərçivəsində nəzərə alınması üzrə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi platformasıdır. Forum sığorta tənzimləyiciləri və nəzarət orqanlarını bir araya gətirməklə, dayanıqlı inkişaf sahəsində sektorun üzləşdiyi kritik çağırışların aradan qaldırılması istiqamətində birgə fəaliyyəti təşviq edir.

Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər?