23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda Azərbaycan - Türkiyə V Enerji Forumu keçirilib

Bakıda Azərbaycan - Türkiyə V Enerji Forumu keçirilib

Bakıda Azərbaycan və Türkiyə energetika nazirlərinin həmsədrliyi ilə V Enerji Forumu keçirilib.

Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə enerji tərəfdaşlığının strateji müttəfiqlik səviyyəsinə çatdığı bildirilərək, İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi, "Şəfəq-Asiman" və "Abşeron" layihələri üzrə razılaşmalar, həmçinin SOCAR-ın Türkiyədə 870 MVt gücündə elektrik stansiyası alması əsas nailiyyətlər kimi dəyərləndirilib. İndiyədək Azərbaycanın mövcud infrastrukturu ilə Türkiyə və dünya bazarlarına ümumilikdə 561 milyon ton neft və 196 milyard kubmetr qaz ixrac etdiyi vurğulanıb.

Türkiyəyə nəql olunan Azərbaycan qazının həcmi 130 milyard kubmetr, bunun TANAP vasitəsilə tədarük olunan hissəsi isə 40 milyard kubmetr təşkil edib. Təkcə bu ilin 8 ayında Türkiyə 6,2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələri 7,5 milyard kubmetr, Suriya isə 1 milyard kubmetr Azərbaycan qazı ilə təchiz edilib.

Gələcək əməkdaşlığın əsas strateji xətti kimi elektrik enerjisi və yaşıl enerji dəhlizlərinin inkişafı müəyyənləşdirilib. Xəzər dənizi və Mərkəzi Asiyanın yaşıl enerjisinin Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çatdırılması hər iki ölkənin qlobal enerji xəritəsindəki rolunu gücləndirəcək addım kimi qiymətləndirilib. Bundan əlavə, enerji sektorunda rəqəmsallaşma və süni intellektin tətbiqi, eləcə də Azərbaycanın COP31-ə ev sahibliyi məsələsində Türkiyəyə dəstəyi xüsusi qeyd edilib. Yekunda qurum rəhbərlərinin iştirakı ilə V Enerji Forumunun Protokolu imzalanıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?