23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda Almaniya-Azərbaycan bağlantı konfransı keçiriləcək

Bakıda Almaniya-Azərbaycan bağlantı konfransı keçiriləcək

Oktyabrın 6-da Bakıda “Orta dəhliz boyu infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsal transformasiya üçün maliyyənin səfərbər edilməsi” adlı Almaniya-Azərbaycan bağlantı konfransı keçiriləcək.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının məlumatına görə, tədbir ikitərəfli və regional iqtisadi əməkdaşlığın gücləndirilməsinə, eləcə də Azərbaycanın və bütün regionun davamlı inkişafını dəstəkləmək üçün Almaniya və Avropa maliyyə resurslarının, qabaqcıl texnologiyaların və ekspert təcrübəsinin cəlb olunmasına hədəflənib.

Forum Almaniya, Azərbaycan və tərəfdaş ölkələrdən olan dövlət strukturlarının nümayəndələrini, maliyyə institutlarını, layihə təşəbbüskarlarını və biznes liderlərini bir araya gətirəcək. İştirakçılar Orta dəhliz boyu infrastruktur, enerji keçidi və rəqəmsal inteqrasiya sahələrində strateji təşəbbüslərin investisiya perspektivləri və maliyyələşməsi məsələlərini müzakirə edəcəklər.

Tədbirin proqramına yüksək səviyyəli əsas məruzəçilərin çıxışları, tematik panel müzakirələri, B2G formatında məqsədli görüşlər, həmçinin işgüzar netvorkinq imkanları daxildir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?