23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Çin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası” ilə əməkdaşlıq məsələləri müzakirə edilib

“Çin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası” ilə əməkdaşlıq məsələləri müzakirə edilib

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Çin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyasının (CC7) İdarə Heyətinin sədri Lunq Xayyanq, eləcə də Çin İnkişaf Bankının və Çin Beynəlxalq Mədəniyyət Mübadiləsi Mərkəzində Beynəlxalq Enerji İqtisadiyyatı İnstitutunun nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə, o cümlədən enerji və investisiya qoyuluşu istiqamətində inkişaf edən strateji tərəfdaşlıq münasibətlərinin SOCAR ilə Çin şirkətləri və maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığı qeyd olunub.

Söhbət zamanı qonaqlara SOCAR-ın inkişaf strategiyası, həyata keçirdiyi və perspektivdə nəzərdə tutulan enerji layihələri barədə məlumat verilib.

Görüşdə tərəflər enerji sektorunun müxtəlif sahələrində, o cümlədən emal və neft-kimya, istehsal müəssisələrinin modernləşdirilməsi, həmçinin yaşıl enerji layihələrinin inkişafı, innovasiya və rəqəmsallaşma üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?