23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edir

Azərbaycan Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edir

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsinin aparatı və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə ölkəmiz Çinin Fucian əyalətinin Siamen şəhərində keçirilən 26-cı Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində (“CIFIT 2026”) vahid stendlə təmsil olunur. Sentyabrın 11-dək davam edəcək sərgidə Azərbaycan artıq üçüncü dəfə iştirak edir.

Stenddə ziyarətçilərə Azərbaycanın biznes və investisiya mühiti, investorlar üçün yaradılan imkanlar və perspektiv layihələr barədə ətraflı məlumat verilir. Vahid ölkə stendi maliyyə və investisiyalar, iqtisadi zonalar, daşınmaz əmlak və “Made in Azerbaijan” məhsullarını əhatə edən dörd əsas hissədən ibarətdir.

Sərgi çərçivəsində keçirilən “Qlobal müdriklik və qarşılıqlı inkişaf: beynəlxalq investisiya və əməkdaşlıq mübadiləsi” tədbirinin “Dayanıqlı və səmərəli sənaye və təchizat zəncirlərinin maliyyələşdirilməsinə yönəlmiş siyasət” mövzusunda panel sessiyasında AZPROMO-nun nümayəndəsi iştirak edib. Sessiyada Azərbaycan və Çin arasında sərmayə əməkdaşlığının dərinləşdirilməsi, birgə istehsalın və texnologiya transferinin təşviqi, eləcə də Orta Dəhlizin investisiya-sənaye platforması kimi potensialı vurğulanıb. Konkret və qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün maliyyə əməkdaşlığının gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Qeyd edək ki, “CIFIT 2026” Azərbaycanın iqtisadi imkanlarının beynəlxalq investor və işgüzar dairələrə təqdim edilməsi, yeni əməkdaşlıqların qurulması və investisiya-ticarət əlaqələrinin inkişafı baxımından əhəmiyyətli beynəlxalq platformadır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?