23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vyetnam şirkəti ilə külək və günəş enerjisi layihələri müzakirə edilib

Vyetnam şirkəti ilə külək və günəş enerjisi layihələri müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Vyetnamın “ROX Energy Global” şirkətinin baş icraçı direktoru Pham Minh Tuan ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə şirkətlə Azərbaycanda 200 MVt gücündə külək enerjisi layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Layihə üçün ərazilərin müəyyənləşdirilməsi, texniki-iqtisadi əsaslandırmanın hazırlanması və külək ölçmələrinin aparılması kimi tədbirlər nəzərdən keçirilib.

Həmçinin Naxçıvanda günəş enerjisi layihəsinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Naxçıvanda bərpa olunan enerji layihələrinin inkişafı regionun “Yaşıl Enerji Zonası” konsepsiyasına və yaşıl enerji ixracı planlarına uyğun olaraq həyata keçirilir. Potensial günəş enerjisi layihəsi üçün ərazi imkanları, enerji sisteminə inteqrasiya və istehsal ediləcək elektrik enerjisinin reallaşdırılması məsələlərinə toxunulub. Bu xüsusda Naxçıvanın Azərbaycanın əsas enerji sistemi ilə əlaqələndirilməsi, həmçinin Naxçıvan-Türkiyə elektrik bağlantısının yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. Naxçıvandan Türkiyə istiqamətində enerji ixracına imkan verəcək infrastrukturun inkişafının strateji əhəmiyyəti qeyd olunub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?