23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı Adana şəhərinə işgüzar səfər təşkil edib. Səfərdə “SOCAR Türkiyə” şirkətinin nümayəndəsi də iştirak edib.

Səfər çərçivəsində ölkəmizin Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Adana Hacı Sabancı Sənaye Zonasının İdarə Heyətinin sədri Bekir Sütçü ilə görüşüb. Görüşdə Sənaye Zonası ilə potensial əməkdaşlıq istiqamətləri, birgə layihələr və investisiya imkanları müzakirə olunub. Sənaye Zonası nümayəndələrinin Azərbaycanda işbirliyi imkanları ilə yerində tanış olmalarının faydalı ola biləcəyi vurğulanıb. Həmçinin Sənaye Zonasının nümayəndələri 25-26 sentyabr tarixlərində Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunublar.

Adana Hacı Sabancı Sənaye Zonasının üzv şirkətləri üçün “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda tədbir keçirilib. Tədbirdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Ölkəmizin biznes və investisiya mühiti, investorlar və sahibkarlar üçün tətbiq edilən güzəşt və təşviqlərə dair təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Səfər iştirakçıları “Abdioğulları Plastik və Qablaşdırma”, “Sami Trafo” və “Çukurova Silo İdarəçiliyi” şirkətlərində istehsal fəaliyyəti ilə tanış olublar. Həmin şirkətlərlə tərəfdaşlıq müzakirə olunub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?