23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Texnoloji transformasiyanın istehsal müəssisələrinə təsiri

Texnoloji transformasiyanın istehsal müəssisələrinə təsiri

Texnoloji transformasiya artıq sadəcə proseslərin rəqəmsallaşdırılması deyil - məhsuldarlığın, çevikliyin, keyfiyyətin və enerji səmərəliliyinin yüksəldilməsi üçün real biznes alətidir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) məlumatına görə, Dünya İqtisadi Forumunun “Qlobal Mayak” Şəbəkəsi (Global Lighthouse Network) üzrə 2025-ci il nəticələrinə əsasən, qabaqcıl istehsal müəssisələrində süni intellekt, maşın öyrənməsi, qabaqcıl analitika, əşyaların interneti (IoT) və digər 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi orta hesabla əmək məhsuldarlığının 40 faiz artmasına, istehsal və çatdırılma müddətinin 48 faiz azalmasına səbəb olub. Texnoloji həllər eyni zamanda məhsul qüsurlarını 41 faiz, enerji sərfiyyatını isə 28 faiz azaldıb.

Azərbaycan üçün bu transformasiyanın real nəticələrini göstərən nümunələr də mövcuddur. 2026-cı ildə SOCAR Karbamid zavodu Dünya İqtisadi Forumunun “Qlobal Mayak” Şəbəkəsinə qəbul olunub. Müəssisədə 42 rəqəmsal həllin tətbiqi nəticəsində istehsal gücü 21 faiz, təbii qazdan istifadə səmərəliliyi isə 24 faiz yüksəlib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?