23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan ilə Əlcəzair arasında Birgə Komissiyanın ilk iclasına hazırlıq müzakirə edilib

Azərbaycan ilə Əlcəzair arasında Birgə Komissiyanın ilk iclasına hazırlıq müzakirə edilib

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Əlcəzair arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, dövlət başçıları səviyyəsində siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı bildirilib. Enerji sahəsində, o cümlədən OPEC+ çərçivəsində uğurlu əməkdaşlıq, SOCAR ilə “Sonatrach” arasında əlaqələr qeyd olunub. Energetika sahəsində imzalanmış Anlaşma Memorandumu və yaradılmış İşçi Qrupunun fəaliyyətinə toxunularaq karbohidrogenlərlə yanaşı, neft-kimya, elektrik enerjisi və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Görüşdə, həmçinin Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsi ilə bağlı hazırlıq məsələləri nəzərdən keçirilib. İkitərəfli əlaqələrin enerji sektoru ilə yanaşı, ticarət, kənd təsərrüfatı, sənaye, əczaçılıq və ali təhsil kimi sahələri də əhatə etməsinin əhəmiyyəti vurğulanıb. Bundan başqa, enerji üzrə İşçi Qrupunun ilk iclasının Birgə Komissiyanın iclasından əvvəl keçirilməsi razılaşdırılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?