23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda yaşıl enerji istehsalının artacağı proqnozlaşdırılır

Azərbaycanda yaşıl enerji istehsalının artacağı proqnozlaşdırılır

Bu ilin sonunadək külək enerjisi istehsalının təxminən 6 dəfə, günəş enerjisi istehsalının isə 26 faizdən çox artacağı gözlənilir.

Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə nazir Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib.

Qeyd olunub ki, gələn ilin sonunadək təxminən 2 QVt günəş və külək enerjisi gücünün şəbəkəyə inteqrasiyası karbon emissiyalarının ildə 2,4 milyon ton azalmasına imkan verəcək.

Nazir Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, enerji və iqlim siyasətlərinin vahid yanaşma əsasında həyata keçirildiyini, Naxçıvanda isə “Yaşıl Enerji Zonası” konsepsiyasının reallaşdırılması istiqamətində ardıcıl addımlar atıldığını diqqətə çatdırıb.

Yaşıl enerjinin beynəlxalq bazarlara çatdırılması istiqamətində ümumi gücü 3900 MVt olan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının layihənin məqsədəuyğunluğunu təsdiqlədiyi bildirilib. Qeyd olunub ki, 2032-ci ildən bu dəhlizin birinci mərhələsinin və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji bağlantısının istismara verilməsi gözlənilir. Həmçinin Gürcüstan, Zəngəzur dəhlizi və Naxçıvan vasitəsilə Türkiyə və Avropa istiqamətində yeni yaşıl enerji dəhlizlərinin yaradılması üzrə işlər aparılır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?