7 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İndiyədək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, yerli istehsalın artırılması və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, 1 yanvar 2029-cu ilədək aşağıdakı strateji istiqamətlər üzrə layihələrə investisiya təşviqi sənədi verilir:

- Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;

- Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı üçün istifadə edilən avadanlığın istehsalı layihələri;

- Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;

- Tullantıların idarə olunması və təkrar emalı layihələri;

- Dəniz suyunun duzsuzlaşdırılması layihələri;

- Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri;

- 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesi müəssisələrinin istehsal layihələri;

- Azərbaycan Respublikasında istehsalı olmayan məhsulların yerli istehsalının təşkili layihələri;

- Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;

- Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;

- Hərbi təyinatlı məhsulların istehsalı layihələri;

- Aqroparklarda həyata keçirilən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələri;

- Kənd təsərrüfatında istifadə olunan gübrələrin, pestisidlərin, toxum və yem məhsullarının istehsalı layihələri;

- Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması layihələri;

- Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş dördüncü nəsil istixana komplekslərinin (minimum 3 hektar) yaradılması layihələri;

- Kənd təsərrüfatı təyinatlı texnikaların, habelə elevator, taxıl silosu, soyuducu anbar, çeşidləmə, saxlanma və qablaşdırma avadanlığının istehsalı layihələri;

- İnformasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı layihələri.

İnvestisiya təşviqi sənədi əldə edən layihələr sənədin verildiyi tarixdən etibarən 7 il müddətində torpaq və əmlak vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və ƏDV-dən azad edilir, mənfəət və ya gəlir vergisinə isə 50 faiz güzəşt tətbiq olunur.

Sahibkarlar investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə və ya Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evlərinə müraciət edə bilərlər. Sahibkarlar ətraflı məlumat üçün KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, investisiya təşviqi mexanizmi 2016-cı ildən tətbiq olunur. Bu günədək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi almış 552 layihə fəaliyyətə başlayıb. İndiyədək 1,5 milyard ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6604 təsdiqedici sənəd verilib və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 350,5 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?