4 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azad edilmiş ərazilərdə müəssisələr indiyədək 17,4 mln. manat vergi və gömrük rüsumlarından azad olunub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma prosesinin səmərəli təşkili, iqtisadi fəaliyyətin genişləndirilməsi və investisiya imkanlarının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı Azərbaycanın əsas strateji prioritetlərindəndir. Bu proses təhlükəsiz məskunlaşma, iqtisadi reinteqrasiya, investisiyaların cəlb edilməsi və yeni iqtisadi imkanların yaradılmasını əhatə edir.

Onun sözlərinə görə, humanitar minatəmizləmə ilə iqtisadi inkişaf birbaşa əlaqəlidir. Minatəmizləmə yalnız təhlükəsizlik tədbiri deyil, eyni zamanda, infrastrukturun qurulması, investisiyaların cəlb edilməsi və uzunmüddətli iqtisadi artım üçün zəruri şərait yaradan mühüm amildir. İnvestisiya mühitinin yaxşılaşdırılması, istehsal fəaliyyətinin təşviqi və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı dəstək və güzəşt mexanizmləri tətbiq olunur.

Anar Axundov diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotunda olan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər 2033-cü il yanvarın 1-dək ƏDV və gömrük rüsumlarından azaddırlar.

İqtisadi siyasət mina fəaliyyətinə də birbaşa dəstək verir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə və müharibədən zərər çəkmiş digər ərazilərdə minatəmizləmə işlərində istifadə olunan avadanlıq və texniki vasitələrin istehsalı və satışı ƏDV-dən azaddır.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan müəssisələr indiyədək idxal etdikləri maşın, texnoloji avadanlıq və xammala görə vergi və gömrük rüsumları üzrə ümumilikdə 17,4 milyon manat məbləğində güzəştlərdən yararlanıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?