7 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zəmanət və subsidiya mexanizminə necə müraciət etmək olar?

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun zəmanət və subdisiya mexanizmindən yararlanmaq istəyən sahibkarlar üçün müraciət prosesi elektron şəkildə həyata keçirilir. Biznes kreditləri üzrə verilən dövlət zəmanəti və faizlərə subsidiyanın verilməsi mexanizmindən yararlanmaq istəyən sahibkar istənilən internet brauzeri vasitəsilə e-gov.az portalına daxil olaraq “Sahibkar xidmətləri” bölməsindən “Bütün xidmətlər” seçimini edir. Açılan siyahıda İqtisadiyyat Nazirliyinin xidmətləri arasından “Elektron Kredit və Zəmanət İnformasiya Sistemi”ni seçərək sistemə keçid edir və mövcud elektron imza vasitələrindən biri ilə sistemə daxil olur.

Sistemə daxil olduqdan sonra sahibkar müraciət etmək istədiyi VÖEN-i seçərək şəxsi səhifəsinə keçir. Burada Fondun təqdim etdiyi kredit məhsulları arasından “Güzəştli kredit” bölməsini seçdikdə elektron müraciət blankı açılır. Blankda kredit məhsulu, sahibkarlıq subyekti və rəhbər barədə məlumatlar avtomatik əks olunur. Sahibkar isə layihəsinin fəaliyyət sahəsini, adını və məqsədini, layihənin ümumi müddətini və məbləğini, eləcə də tələb etdiyi kredit məbləğini qeyd edir.

Bundan sonra sahibkar müraciət edəcəyi müvəkkil kredit təşkilatını təqdim olunan siyahıdan seçir, kreditin müddətini və güzəşt müddətini göstərir. Müraciətin davamında faktiki ünvan, layihənin həyata keçiriləcəyi ünvan, iş və mobil telefon nömrələri, həmçinin elektron poçt ünvanı qeyd olunur. Layihənin həyata keçiriləcəyi əmlakla bağlı isə qeydiyyat və reyestr nömrəsi sistemə daxil edilir və ya həmin əmlaka dair müvafiq sənəd yüklənilir.

Bütün məlumatlar daxil edildikdən sonra sahibkar müraciəti yadda saxlayaraq göndərməzdən əvvəl məlumatları bir daha yoxlaya və dəqiqləşdirə bilər. Məlumatların düzgünlüyü təsdiq edildikdən sonra müraciət elektron qaydada göndərilir. Müraciətin sonrakı mərhələlərində isə sahibkar onun statusunu “Elektron Kredit və Zəmanət” informasiya sistemi üzərindən izləyə bilər.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?