23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kazanda keçirilən beynəlxalq tədbir çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

Kazanda keçirilən beynəlxalq tədbir çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Tatarıstan Neft, Qaz və Kimya Forumu – 2026” çərçivəsində Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Bəhreyn Krallığının neft və ətraf mühit naziri Məhəmməd bin Mübarək bin Dinah ilə görüşüb. Görüşdə Azərbaycan ilə Bəhreyn arasında iqtisadi əlaqələrin inkişafı, tərəfdaşlığın genişləndirilməsi, o cümlədən enerji və ətraf mühit sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Tatarıstanın Ximqrad Texnopolisinin fəaliyyəti ilə tanışlıq olub, buradakı müəssisələrin fəaliyyəti, istehsal imkanları, tətbiq olunan texnologiyalar və həyata keçirilən layihələr barədə məlumat verilib.

Qeyd edək ki, “Tatarıstan Neft, Qaz və Kimya Forumu – 2026” tədbiri regional və beynəlxalq səviyyədə işgüzar əməkdaşlığın genişləndirilməsi, müasir texnologiya və avadanlıqların təşviqi, biznes dairələri arasında görüşlərin təşkili baxımından əhəmiyyət kəsb edir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?