23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan sahibkarları Monqolustanda keçiriləcək beynəlxalq biznes forumuna dəvət olunur

Azərbaycan sahibkarları Monqolustanda keçiriləcək beynəlxalq biznes forumuna dəvət olunur

30 sentyabr – 1 oktyabr 2026-cı il tarixlərində Monqolustanın paytaxtı Ulan-Bator şəhərində “CAREC Biznes Forumu 2026” təşkil ediləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasının məlumatına görə, Asiya İnkişaf Bankı və CAREC Proqramının (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) birgə təşkilatçılığı ilə 25-ci CAREC Nazirlər Konfransı çərçivəsində baş tutacaq bu nüfuzlu tədbir, üzv ölkələrdən özəl sektor nümayəndələrini, dövlət rəsmilərini, biznes assosiasiyalarını və investorları özündə birləşdirən 250-yə yaxın iştirakçını bir araya gətirəcək.

“İnvestisiyaların Artırılması — İnfrastruktur Transformasiyasının İdarə edilməsi” mövzusuna həsr olunacaq forum çərçivəsində bir sıra prioritet sektorlar üzrə geniş müzakirələr aparılacaq.

Tədbirin gündəliyinə kritik minerallar sahəsində dəyər zəncirlərinin inkişafı və emal sənayesi, yaşıl enerji istiqamətində bərpaolunan enerji mənbələri, regional enerji ticarəti və ağıllı şəbəkələr, həmçinin rəqəmsal və yaşıl nəqliyyat həlləri, çoxməqsədli inteqrasiya və dəhlizlərin inkişafını əhatə edən ağıllı nəqliyyat və logistika məsələləri daxil edilib.

Forumun ikinci günü, oktyabrın 1-də investisiya imkanlarını dəyərləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və beynəlxalq bazarlara çıxış əldə etmək məqsədilə B2B və B2G formatında görüşlərin keçirilməsi nəzərdə tutulub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?