6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb

SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin İxrac-İdxal Bankının vitse-prezidenti Vanq Kanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə SOCAR ilə Çin şirkətləri, eləcə də maliyyə institutları arasında əlaqələrin uğurla inkişaf etdiyi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm layihələrin icra olunduğu bildirilib.

Söhbət zamanı SOCAR-ın Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi, həmçinin perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verilib. Çin hökumətinin maliyyə institutu kimi fəaliyyət göstərən bankın xarici investisiyaların və beynəlxalq iqtisadi əməkdaşlığın dəstəklənməsi üzrə icra etdiyi layihələrə dair məlumat təqdim olunub.

Tərəflər enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən emal sənayesi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?