6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın Milli Etalon Vaxtına dair rəsmi onlayn platforma istifadəyə verilib

Azərbaycanın Milli Etalon Vaxtına dair rəsmi onlayn platforma istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən Azərbaycanın Milli Etalon Vaxtının (UTC (AZ)) real vaxt rejimində nümayiş olunduğu rəsmi internet səhifəsi (https://aztime.metrology.gov.az/) istifadəyə verilib.

Dövlət Agentliyinin məlumatına görə, Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (BIPM) tərəfindən ötən il təsdiqlənən Azərbaycanın Milli Etalon Vaxtından telekommunikasiya şirkətləri, audiovizual yayım qurumları, bank-maliyyə sektoru, nəqliyyat və enerji infrastrukturu, informasiya təhlükəsizliyi və məlumatların emalı sahəsində fəaliyyət göstərən qurumlar, elmi-tədqiqat institutları, dövlət orqanları və digər maraqlı təşkilatlar bu platforma vasitəsilə öz fəaliyyətlərində istifadə edə bilərlər. Belə ki, maliyyə əməliyyatlarının dəqiq vaxtının müəyyənləşdirilməsindən tutmuş nəqliyyat-naviqasiya sistemlərinin və şəbəkə infrastrukturunun sinxronlaşdırılmasına qədər bir çox sahədə etibarlı və izləniləbilən vaxt mənbəyi böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ölkəmiz hazırda qlobal səviyyədə UTC-yə (Koordinasiyalı Universal Vaxt) töhfə verən laboratoriyaya malik dövlətlər sırasında yer alır. Belə ki, AzMİ-nin Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasındakı sezium atom saatları ilə peyk sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq Beynəlxalq Çəkilər və Ölçülər Bürosuna ötürülür və məlumatlar UTC-nin formalaşdırılmasında istifadə edilir. Nəticədə, Azərbaycan UTC-nin yaranmasına öz töhfəsini verir və milli etalon vaxtının beynəlxalq səviyyədə etibarlılığını təmin edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?