Ölkədən 30,9 milyon dollarlıq pambıq ipliyi ixrac edilib
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 30,9 milyon dollar dəyərində 13,7 min tondan çox pambıq ipliyi ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 1,8 dəfə, həcm baxımından isə 1,9 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk yeddi ayında ölkədən dəyəri 2,239 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 20,3 faiz üstələyir. Hesabat dövründə pambıq ipiliyi ixracının xüsusi çəkisi 1,38 faizə bərabər olub.
