27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Daha bir yerli brend Karib hövzəsində təmsil olunacaq

Daha bir yerli brend Karib hövzəsində təmsil olunacaq

“Azexport” portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı həyata keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, ixrac üçün sərbəst satış sertifikatı rəsmiləşdirilmiş, "Hub Trade" şirkəti tərəfindən ixrac olunan 200 və 1000 millilitrlik qablaşdırmada yerli istehsal nar şirəsi məhsulu gömrük nəzarətindən keçərək Gürcüstanın Poti limanından dəniz yolu ilə Dominikan Respublikasına göndərilmək üçün yola salınıb.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov Karib hövzəsi ölkələrinin Azərbaycan məhsulları üçün nisbətən yeni, eyni zamanda perspektivli və yüksək alıcılıq qabiliyyətinə malik bazar olduğunu bildirib. Onun sözlərinə görə, yerli istehsal olan nar şirələrinin bu bazara daxil olması Azərbaycan brendlərinin qlobal miqyasda rəqabət qabiliyyətinin artmasının göstəricisidir. Poti limanı üzərindən Amerika qitəsinə tədarük marşrutlarının qurulması ölkənin qeyri-neft ixracının coğrafiyasının şaxələndirilməsinə töhfə verir. Ayxan Qədəşov qeyd edib ki, milli məhsulların uzaq və mürəkkəb bazarlara çıxışı onların beynəlxalq keyfiyyət standartlarına cavab verdiyini də göstərir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?