6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AZPROMO Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub

AZPROMO Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Beynəlxalq Qida Sənayesi Forumunda iştirak edib.

Tədbir çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev plenar iclasda, Agentliyin nümayəndəsi isə “Qida sənayesinin investisiya potensialı və istehsalda yeni texnologiyalar” mövzusunda panel sessiyasında çıxış ediblər.

Plenar iclasda forumun qida emalının inkişafı, ixracın genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycanda qida sənayesi qeyri-neft-qaz sektorunun şaxələndirilməsi üzrə prioritet istiqamətlərdən biridir və ölkəmizin kənd təsərrüfatı xammal bazası, nəqliyyat infrastrukturu, sənaye zonaları və aqroparkları bu sahədə yeni əməkdaşlıq imkanları yaradır.

Panel sessiyasında Azərbaycanın qida sənayesinin investisiya potensialı, istehsalda yeni texnologiyaların tətbiqi və ixrac imkanları barədə məlumat verilib. Müzakirələr zamanı Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı məhsullarının emalı, istehsal texnologiyalarının tətbiqi, eləcə də qarşılıqlı tədarük imkanları üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi yanında “Xurokvori” Dövlət Unitar Müəssisəsi və “Kishvari Sabz” MMC ilə əməkdaşlığa dair iki sənəd imzalayıb.

Agentliyin nümayəndələri həmçinin forum çərçivəsində təşkil olunan sərgiyə baxış keçiriblər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?