6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyətinə dəstək davam etdirilir

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyətinə dəstək davam etdirilir

İşğaldan azad edilmiş ərazilərdə investisiya mühitinin yaxşılaşdırılması, istehsal fəaliyyətinin təşviqi və sahibkarlığın inkişafı məqsədilə bu ərazilərin rezidentləri üçün müxtəlif dəstək mexanizmləri tətbiq edilir. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2033-cü il 1 yanvar tarixinədək müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, habelə xammal və materialların idxalı zamanı əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azaddırlar.

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti quran müəssisələr (sənaye parkları da daxil olmaqla) idxal olunan texnika, texnoloji avadanlıqlara, eləcə də xammallara görə indiyədək 17,4 milyon manat dəyərində vergi və gömrük rüsumlarından azadolma əldə ediblər.

Tətbiq olunan bu və digər güzəşt və dəstək mexanizmləri çərçivəsində bölgədə tekstil, tikinti materialları, elektrik avadanlıqları, nəqliyyat vasitələri və s. sənaye məmulatlarının istehsalı fəaliyyəti həyata keçirilir.

Qeyd edək ki, bu güzəştlərdən yararlanmaq üçün sənədlərin qəbulu fiziki və elektron formada İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Müvafiq fəaliyyət sahələri üzrə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?