6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. Məqsəd sahibkarların investisiya qərarlarının qəbulunu dəstəkləmək, perspektivli istehsal sahələri barədə məlumatlılığı artırmaq və yeni biznes təşəbbüslərinin formalaşmasına töhfə verməkdir.

Araşdırmalar aşağıdakı sahələri əhatə edəcək:

- dəri ayaqqabıların istehsalı;

- perlit tərkibli inşaat məhsulları istehsalı;

- dializ aparatı üçün filtr istehsalı;

- məişət avadanlıqlarının yığımı;

- saxsı (keramik) sanitar məmulatlar istehsalı;

- vertikal əkinçilik (qiymətli bitkilərin yetişdirilməsi);

- Azərbaycanda elektromobil batareyalarının istehsal potensialı və daxili bazar tələbatının qiymətləndirilməsi;

- 3D printer və 3D çap materiallarının istehsal perspektivləri;

- su təmizləmə və filtr sistemlərinin yerli istehsalının yaradılması imkanları;

- elektron tullantıların təkrar emalı müəssisələrinin yaradılması perspektivləri.

Qeyd olunan istiqamətlər üzrə bazar araşdırmaları yekunlaşdıqdan sonra hesabatlar müvafiq sahələrdə məhsul və xidmətlər yaratmaq, eləcə də fəaliyyətini genişləndirmək istəyən sahibkarların istifadə etməsi üçün KOBİA-nın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir (https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi).

Daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Daxili bazar araşdırması sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır. Agentliyin təşəbbüsü ilə aparılan daxili bazar araşdırmaları sahibkarlar arasında keçirilmiş sorğuların nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilir və belə hesabatlardan bütün sahibkarlar istifadə edə bilərlər.

Sahibkarın müraciəti əsasında aparılan bazar araşdırmasında isə müraciət edən tərəf mikro sahibkar olduqda bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkar olduqda araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılanır. Sahibkarın müraciəti əsasında aparılan bazar araşdırmasının nəticələri üzrə hazırlanmış hesabat yalnız müraciət etmiş sahibkara təqdim olunur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?