25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, iclas zamanı Dünya Bankı Qrupunun “Business Ready” layihəsi çərçivəsində “Bazar rəqabəti” indikatoru üzrə müvafiq sahədə təkmilləşdirmələr və kommunikasiya tədbirlərinə dair 2026-cı il üçün təsdiqlənmiş Yol Xəritəsinin I yarımil üzrə hesabatı, habelə cari dövr ərzində görülmüş işlər müzakirə olunub.

İclasda Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev və Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev çıxış ediblər.

Çıxışlar zamanı müvafiq Yol Xəritəsində cari ilin II yarımilində qarşıda duran əsas hədəflər və görüləcək tədbirlər barədə məlumat verilib. Həmçinin prioritet istiqamətlər üzrə institusional əməkdaşlığın gücləndirilməsi və effektiv kommunikasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.

Həmçinin cari ildə işçi qrupun fəaliyyəti çərçivəsində görülən işlərlə bağlı hesabat xarakterli təqdimat nümayiş etdirilib, Rəqabət Məcəlləsinin biznes mühitinin səmərələliliyinin artırılmasında rolu vurğulanıb, rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar, eləcə də“Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoruna dair icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Bundan əlavə, sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakını təşviq edən qanunvericilik müddəaları, o cümlədən satınalmaların rəqəmsallaşdırılmasının effektivliyindən bəhs olunub.

Qeyd: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?