6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın turizm potensialı Malayziyada keçirilən iki beynəlxalq tədbirdə təqdim edilib

Azərbaycanın turizm potensialı Malayziyada keçirilən iki beynəlxalq tədbirdə təqdim edilib

Azərbaycan Turizm Bürosu (ATB) və turizm sənayesinin 4 yerli tərəfdaşı Malayziyanın Saravak ştatının Kuçinq şəhərində keçirilən “PATA Travel Mart (PTM) 2026” beynəlxalq turizm sərgisində ölkəmizi təmsil edib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, Asiya-Sakit Okeanı regionunun aparıcı turizm tədbirlərindən biri olan sərgidə Azərbaycan milli stendlə təmsil olunub. Tədbir çərçivəsində ölkəmizin turizm imkanları və məhsulları xarici bazarların nümayəndələrinə təqdim edilib, potensial tərəfdaşlarla işgüzar görüşlər keçirilib.

“PATA Travel Mart 2026” istirahət, lüks və işgüzar tədbirlər (MICE) sahəsində fəaliyyət göstərən şirkətləri bir araya gətirib. Avropa, MDB, Cənubi və Cənub-Şərqi Asiya, Yaxın Şərq, Şərqi Asiya, Afrika və Sakit okean regionlarından olan iştirakçılar arasında turizm agentlikləri, turoperatorlar və digər sektor nümayəndələri yer alıb.

Sərgi çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın turizm məhsullarının müxtəlif bazarlarda tanıdılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin ATB yerli tərəfdaşlarla birgə Malayziyanın Kuala Lumpur şəhərində keçirilən “World Islamic Tourism & Trade Expo (WITEX 2026)” tədbirində iştirak edib.

Malayziya Turizm Agentlikləri Assosiasiyası (MATA) tərəfindən təşkil olunan “WITEX 2026” tədbirində hökumət nümayəndələri, turizm sektorunun aparıcı şirkətləri və beynəlxalq bazar iştirakçıları bir araya gəlib. Tədbir çərçivəsində islam iqtisadiyyatı çərçivəsində turizm sahəsində əməkdaşlıq imkanları, turizm üçün nəzərdə tutulan proqram təminatı məhsullarının inkişafı istiqamətində yeniliklər, eləcə də yerli və beynəlxalq təchizatçılarla əlaqələrin qurulması məsələləri diqqət mərkəzində olub.

Tədbirdə, həmçinin halal turizmin inkişafı ilə bağlı məsələlər müzakirə olunub, müxtəlif istiqamətlərdən turizm şirkətləri və destinasiyalar tərəfindən təqdim olunan halal səyahət təcrübələri, məhsul və xidmətlər nümayiş etdirilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?