Qeyri-üzvi kimyəvi maddələrin istehsalında artım var
Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 16,5 min ton qeyri-üzvi kimyəvi maddələr istehsal olunub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə istehsal həcmi 22,3 faiz artıb.
Cari ilin avqust ayının 1-nə hazır məhsul ehtiyatı təqribən 5,73 min ton təşkil edib.
