27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Euronews: “Qarabağın bərpası yeni investisiya və sənaye imkanları yaradır”

Euronews: “Qarabağın bərpası yeni investisiya və sənaye imkanları yaradır”

"Euronews" telekanalında Qarabağda bərpa işlərindən iqtisadi inkişafın yeni mərhələsinə keçidə, investisiya cəlb edən yeni sənaye və logistika zonalarına həsr olunmuş "Regionun bərpası investisiyaları, sənayeni və yeni imkanları stimullaşdırır" adlı süjet yayımlanıb. Materialda qeyd olunur ki, Ağdam və Cəbrayıl rayonlarında yeni iqtisadi zonalar istehsal, sənaye və logistika ətrafında formalaşır, onların inkişafı isə biznes və investisiyaları cəlb etmək məqsədi daşıyan vergi güzəştləri ilə dəstəklənir. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi bildirib ki, məqsəd uzunmüddətli inkişafa yönəlmiş regionun formalaşdırılmasıdır. Eyni zamanda, onun bərpasında iştirak edən Şuşa Şəhəri Dövlət Qoruğunun baş memarı qarşıda duran vəzifəni “demək olar ki, sıfırdan” başlamaq kimi xarakterizə edib. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadədən və rəqəmsal planlaşdırmadan tutmuş, dronlarla aerofotoçəkiliş və müasir xəritəçəkmə texnologiyalarına qədər bütün proseslər regionun gələcəyə uyğun şəkildə yenidən qurulması məqsədinə xidmət edir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?