6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda sahibkarlara 3,2 milyon manatlıq vergi və rüsum güzəşti edilib

Naxçıvanda sahibkarlara 3,2 milyon manatlıq vergi və rüsum güzəşti edilib

2026-cı ilin yanvar–iyul aylarında Naxçıvan Muxtar Respublikasında 12 sahibkarlıq subyektinə ümumilikdə 115 təsdiqedici sənəd təqdim edilib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, həmin sənədlərdən 6-sı texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 109-u isə xammal və materialların idxalı üçün verilib.

Bu sənədlər əsasında Rusiya, Çin və Türkiyədən ümumi dəyəri 2,2 milyon manat olan texnika, texnoloji avadanlıqlar və qurğular, həmçinin Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Cənubi Koreya kimi ölkələrdən ümumi dəyəri 8,4 milyon manat olan xammal və materiallar gömrük rüsumu və əlavə dəyər vergisi ödənilmədən idxal edilib.

Nəticədə cari ilin ilk 7 ayında idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 3,2 milyon manat məbləğində güzəşt əldə ediblər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?