Yunanıstanla ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 29 faiz artaraq 562,9 milyon dolları üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Yunanıstanla ticarətin payı 1,92 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
