6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvan Sənaye Parkında geniş istehsal imkanları

Naxçıvan Sənaye Parkında geniş istehsal imkanları

Prezident İlham Əliyev tərəfindən avqustun 11-də təməli qoyulan Naxçıvan Sənaye Parkının yaradılması Naxçıvan Muxtar Respublikasında sənaye potensialının inkişaf etdirilməsi, yeni investisiyaların cəlb olunması və müasir istehsal sahələrinin formalaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrdəndir.

Parkın fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirlər çərçivəsində burada istehsal, emal və təkrar emal sahələri, habelə xidmətlər üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Sənaye Parkında kimya və qida sənayesi, tullantıların emalı, qara və əlvan metal emalı, tikinti materiallarının istehsalı, maşın və avadanlıqların istehsalı, bərpa olunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri sənayesi, qablaşdırma məhsulları, kağız və kağız məmulatlarının istehsalı istiqamətlərində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Parkın ərazisində istehsal binaları ilə yanaşı, inzibati bina, idman və sağlamlıq mərkəzinin daxil olduğu sosial zona, təmir emalatxanası, anbar binası, TIR parkı və logistika mərkəzinin yaradılması planlaşdırılır.

İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Naxçıvan Sənaye Parkına potensial investor və sahibkarların cəlb olunması istiqamətində işlər davam etdirilir. Parkda digər sənaye parklarında olduğu kimi sahibkarların fəaliyyətinin təşviqi məqsədilə geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq.

Belə ki, Parkın rezidentləri dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin olunacaqlar. Bu infrastruktura qaz, elektrik enerjisi, su və kanalizasiya sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin müasir rabitə xətləri daxildir. Bundan əlavə, sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. İstehsal məqsədləri üçün idxal olunan texnika və avadanlıqlar isə ƏDV və gömrük rüsumlarından azad edilir.

Naxçıvan Sənaye Parkının yaradılması regionda sənayeləşmənin sürətləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, investisiya imkanlarının genişləndirilməsinə və sahibkarlıq fəaliyyətinin inkişafına mühüm töhfə verəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?