6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB subyektlərindən “Startap” şəhadətnaməsinin verilməsi üçün müraciətlər daxil olmaqda davam edir.

Agentlikdən verilən məlumata görə, “Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılan Ekspertlər Şurasının növbəti iclasında daha 16 layihəyə baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 292-yə çatıb.

“Startap” şəhadətnamələri "İnvitation Group" MMC-nin tədbirlərin planlaşdırılması, dəvətlərin idarə olunması və iştirakçı koordinasiyasını təmin edən rəqəmsal xidmət, "Rekrio" MMC-nin işə qəbul prosesini, müsahibələr də daxil olmaqla avtomatlaşdıran süni intellekt agent platforması, "GRC Lab" MMC-nin korporativ idarəetmə, risklərin idarə olunması və GRC-yə normativ uyğunluq proseslərinin rəqəmsallaşdırılmasını təmin edən platforması, "Aİ Development" MMC-nin şəhərdə nəqliyyat hərəkətinin təhlili və monitorinqini həyata keçirən süni intellekt əsaslı analitika platforması, "Yolutap" MMC-nin şagird və gənclərin peşəyönümü, qabiliyyətlərinin qiymətləndirilməsi və karyera planlaşdırılmasını dəstəkləyən rəqəmsal platformasına verilib. Həmçinin fiziki şəxslər Elmir Yunusovun süni intellekt əsaslı fərdi təhsil və peşə istiqamətləndirilməsini təmin edən rəqəmsal platforması, Ələmdar Manafovun istifadəçilərin gündəlik planlaşdırma, məqsəd idarəetməsi və məhsuldarlığının artırılmasına xidmət edən mobil tətbiqi, Mircəlal Məmmədovun satış, anbar, CRM (müştərilərlə münasibətlərin idarə olunması) və digər biznes proseslərinin idarə olunmasını təmin edən rəqəmsal platforması, Aqil Qumuxovun iş elanları üçün rəqəmsal platforması və Mehrac Abdurahmanlının iş elanına uyğunlaşdırılmış CV hazırlığı platforması layihələrinə də “Startap” şəhadətnamələri təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:

https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?