27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 145,2 milyon manat vəsait ödənilib

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 145,2 milyon manat vəsait ödənilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyul ayları ərzində 36 hərrac keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 616 nəqliyyat vasitəsi özəlləşdirilib. Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 112,3 milyon manat təşkil edib.

Cari ilin yanvar-iyul ayları ərzində 328-i qeyri-yaşayış, 2.370-i torpaq sahələri üzrə olmaqla 2.698 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 32,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2026-cı ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 145,2 milyon manat vəsait daxil olub.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?