6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qusarda Aqrar Biznes Festivalı və I İntensiv Meyvə Bağları Festivalı keçirilib

Qusarda Aqrar Biznes Festivalı və I İntensiv Meyvə Bağları Festivalı keçirilib

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Festivalın əsas məqsədi meyvəçilik sahəsində müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqinin təşviq edilməsi, intensiv bağçılığın inkişaf perspektivlərinin nümayiş etdirilməsi, fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması, qabaqcıl təcrübələrin bölüşdürülməsi və aqrar sahədə fəaliyyət göstərən subyektlər arasında əməkdaşlığın genişləndirilməsidir.

Tədbirdə intensiv meyvə bağlarının salınması və becərilməsi ilə məşğul olan təsərrüfat subyektləri, meyvəçilik təsərrüfatları, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, fermerlər və sahibkarlar iştirak ediblər.
Festival çərçivəsində ölkənin müxtəlif bölgələrindən 70-dən artıq meyvəçilik təsərrüfatı subyekti, fermer və sahibkar iştirak edib. Təmsil olunan təsərrüfatların meyvə bağlarının ümumi sahəsi 10 min hektara yaxın olub.

Hazırda ölkə üzrə meyvəçilik təsərrüfatlarının ümumi sahəsi 50 min hektar təşkil edir. Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramına əsasən, bu göstəricinin 2030-cu ilədək 70 min hektara çatdırılması hədəflənir.

Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi də keçirilib. Müzakirə zamanı fermer və sahibkarların dövlət dəstəyi mexanizmlərindən, maliyyə resurslarından və aqrar sığorta xidmətlərindən yararlanma imkanları barədə məlumat verilib.

Festival aqrar sahədə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, regionlarda aqrar biznes mühitinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqinin təşviqi və intensiv meyvəçilik sahəsində qabaqcıl təcrübələrin yayılması baxımından əhəmiyyətli platforma olub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?