6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Emal sənayesində məhsul istehsalı 2,7 faiz artıb

Emal sənayesində məhsul istehsalı 2,7 faiz artıb

Sənaye sektorunda 2026-cı ilin yanvar-iyul aylarında 38,9 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, emal sənayesində 2026-cı ilin yanvar-iyul aylarında 12.943,8 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Bu ilin 7 ayında emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+88,4%), əczaçılıq məhsullarının istehsalı (+53,9%), toxuculuq sənayesi (+35,9%), tütün məmulatlarının istehsalı (+18,4%), kağız və karton istehsalı (+12,5%), qida məhsullarının istehsalı (+9,6%), metallurgiya sənayesi (+9,5%), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+8,5%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+8,3%), elektrik avadanlıqlarının istehsalı (+7,6%), tikinti materiallarının istehsalı (+7,3%) sahələrində olub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?