6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən il SOCAR-ın gəlirləri 86,3 milyard manat olub

Ötən il SOCAR-ın gəlirləri 86,3 milyard manat olub

2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti isə 12,6 milyard manat təşkil edib. Dövlət Neft Şirkətinin məlumatına əsasən, əməliyyat fəaliyyətindən mənfəət əvvəlki dövrlə müqayisədə 80 faiz artaraq 5,2 milyard manata çatıb, xalis mənfəəti isə təxminən 3 milyard manat olub.

Şirkətin 2025-ci ildə EBITDA-sı (Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) 10,9 milyard manat təşkil edib. Bu göstərici 2024-cü il ilə müqayisədə 26 faiz artıb. SOCAR-ın gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.

2025-ci il ərzində SOCAR strateji əhəmiyyətli investisiya və biznes əməliyyatlarını davam etdirib. Bu əməliyyatlara “Bahar” və “Qum-Dəniz” yataqlarında 80 faiz payın alınması, İsrailin Aralıq dənizi hövzəsində yerləşən “Tamar” qaz yatağında 10 faiz effektiv iştirak payının əldə edilməsi, Türkiyədə yeni neft-kimya və enerji layihələrinin inkişafı, rəqəmsal infrastruktur və petrokimya sahələrində strateji investisiyaların həyata keçirilməsi, eləcə də qaz ixracı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi daxildir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?