6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əməyin təhlükəsizliyi sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Əməyin təhlükəsizliyi sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əməyin təhlükəsizliyi sahəsini əhatə edən 5 yeni dövlət standartı qəbul edilib. Yeni dövlət standartları fərdi mühafizə vasitələri üzrə ümumi texniki tələbləri və sınaq metodlarını müəyyən edir:

- AZS EN 355:2026 “Hündürlükdən yıxılmaya qarşı fərdi mühafizə vasitələri. Enerji udma qurğuları”;

- AZS ГОСТ 12.4.024:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi. Vibrasiyadan qoruyan xüsusi ayaqqabılar. Ümumi texniki tələblər”;

- AZS ГОСТ 12.4.072:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi. Sudan, neft yağlarından və mexaniki təsirlərdən qoruyan, qəlibləmə üsulu ilə hazırlanmış rezin xüsusi çəkmələr”;

- AZS ГОСТ 12.4.124:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi. Statik elektrikdən qoruma vasitələri. Ümumi texniki tələblər”;

- AZS ГОСТ 12.4.177:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi. Ayaqları deşilmədən qoruyan fərdi mühafizə vasitələri. Deşilmə əleyhinə xüsusiyyətlər üzrə ümumi texniki tələblər və sınaq metodu”

Yeni dövlət standartlarının qəbul edilməsində məqsəd fərdi mühafizə vasitələrinin keyfiyyət və təhlükəsizlik göstəricilərini artırmaq, istehsalat risklərini azaltmaq, iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunmasına və əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin tətbiqinə töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, sözügedən dövlət standartları 2023–2025-ci illər üçün “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Dövlət Proqramı”na daxil olan “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında milli texniki reqlament”in istinad standartları siyahısına daixildir.

Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin bazasında təsis edilən “Əmək sahəsində” standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?