12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2026-cı ilin yanvar-iyul ayları ərzində sahibkarlara 1191 lisenziya verilib

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya, ümumilikdə isə 20 220 lisenziya verilib.

2026-cı ilin yanvar-iyul ayları ərzində sahibkarlara verilən lisenziyaların 807-si elektron formada təqdim olunub. Portalın fəaliyyətə başladığı 2018-ci ilin mart ayından etibarən isə təqdim olunan elektron lisenziyaların sayı 7963-ə çatıb.

Verilmiş lisenziyaların 25%-i (298) tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, 18%-i (214) əczaçılıq, 12%-i (148) özəl tibb fəaliyyəti, 11%-i (129) rabitə xidmətləri və 34%-ni isə (402) digər fəaliyyət növləri təşkil edib.

Lisenziya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilən rəsmi sənəddir. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən olunub. Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir.

Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq “ASAN xidmət” mərkəzi, KOB evləri və ya “Lisenziyalar və icazələr” portalı vasitəsilə portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Hazırda portal vasitəsilə müraciətlərin elektron qaydada qəbul edilməsi, aidiyyəti dövlət qurumlarından rəylərin əldə olunması və nəticələrin rəsmiləşdirilməsi imkanları yaradılıb.

Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarından rəy alınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir.

Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt edilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?