Reklam qurğularında xarici dildə məlumatların yerləşdirilməsi qanunvericiliklə necə tənzimlənir?
Reklamvericinin tələbinə əsasən, reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.
