6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və İndoneziya arasında ixrac imkanları müzakirə edilib

Azərbaycan və İndoneziya arasında ixrac imkanları müzakirə edilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi ilə görüş keçirilib. Görüşdə Azərbaycan və İndoneziya arasında qarşılıqlı investisiya imkanları və müxtəlif sahələr üzrə potensial əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verib. Səfir Berlian Helmi Azərbaycanla İndoneziya arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan və İndoneziya arasında mümkün əməkdaşlıq istiqamətləri, ixrac potensialına malik məhsullar və gələcəkdə iqtisadi forumun keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər tikinti, kənd təsərrüfatı, turizm, əczaçılıq, qida və içki sənayesi sahələrində potensial tərəfdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?