6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“SOCAR karbamid" uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

“SOCAR karbamid" uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

“2023-cü ildə SOCAR-ın "McKinsey" şirkəti ilə strateji tərəfdaşlığı çərçivəsində başlanılan və iki il yarım davam edən "SOCAR karbamid" zavodunda rəqəmsal transformasiya süni intellektin, rəqəmsal platformaların və innovativ texnoloji həllərin əməliyyatların modernləşdirilməsində yaratdığı böyük potensialı nümayiş etdirir”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.

Paylaşımda bildirilir ki, “EnergyAI” platforması, proqnozlaşdırıcı texniki xidmət və müəssisənin ehtiyaclarına uyğunlaşdırılmış rəqəmsal həllər, eyni zamanda SOCAR Rəqəmsal Akademiyası vasitəsilə kadr potensialının gücləndirilməsi nəticəsində istehsal həcmi artıb, enerji səmərəliliyi, eləcə də əməliyyatların etibarlılığı yüksəldilib, həmçinin yerli mütəxəssislərin peşəkar inkişafına dəstək verilib: “Bu transformasiyanın "McKinsey" şirkətinin rəsmi internet səhifəsində yer alması bir daha onun qlobal əhəmiyyətini göstərir. “SOCAR karbamid" qabaqcıl texnologiyalar və yerli mütəxəssislərin peşəkarlığı sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir”.

Nazir vurğulayıb ki, bu təşəbbüs SOCAR-ın rəqəmsal transformasiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərə əsaslanır. Şirkətin Dünya İqtisadi Forumunun (World Economic Forum) "Digital Lighthouse" statusuna üç dəfə layiq görülməsi onu sənaye sahəsində rəqəmsal innovasiyalar üzrə seçilən qlobal liderlər sırasında qərarlaşdıran əhəmiyyətli göstəricidir. "SOCAR karbamid"də qazanılmış təcrübə isə SOCAR-ın digər fəaliyyət istiqamətlərinin, eləcə də Azərbaycanın sənaye sektorunun rəqəmsal transformasiyası üçün daha geniş miqyasda tətbiq edilə bilən uğurlu model təqdim edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?