Qırğızıstan ilə ticarət dövriyyəsində artım var
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 39,3 faiz artaraq 28,97 milyon ABŞ dollarını üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Qırğızıstan ilə ticarətin payı 0,12 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
