6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mərkəzi Bank tərəfindən “Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik” təsdiq edilib

Mərkəzi Bank tərəfindən “Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik” təsdiq edilib

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik” sənədi təsdiqlənib.

Sözügedən sənədin əsas məqsədi maliyyə institutlarında bazar davranışı prinsiplərinin tətbiqinə, istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması səviyyəsinin artırılmasına, həmçinin bu sahədə effektiv idarəetmə, daxili nəzarət və risklərin idarə olunması mexanizmlərinin formalaşdırılmasına metodoloji dəstək göstərməkdir. Sənəd banklar, xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, investisiya fondlarının idarəçiləri, ödəniş təşkilatları və elektron pul təşkilatlarını əhatə edir.

Metodoloji rəhbərlikdə maliyyə məhsullarının hazırlanması və istehlakçılara təqdim edilməsi, satış sonrası xidmət, müştərilərlə kommunikasiya, eləcə də biznes prosesləri və idarəetmə prinsipləri ilə bağlı əsas metodoloji yanaşmalar müəyyən edilir.

Sənəddə bazar davranışı prinsipləri, istehlakçı yönümlü korporativ mədəniyyətin formalaşdırılması, maraqlar münaqişəsinin idarə olunması, müqavilə bağlanmazdan əvvəl məlumatların açıqlanması, məhsulların hədəf müştəri seqmentinə uyğunluğunun təmin edilməsi, xidmət keyfiyyəti və əlçatanlığı kimi digər zəruri məsələlər üzrə metodoloji yanaşmalar əksini tapır.

Metodoloji rəhbərliyin tətbiqinin maliyyə institutlarında istehlakçılarla münasibətlərdə şəffaflığın, məsuliyyətli davranışın və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə, maliyyə bazarlarına etimadın möhkəmləndirilməsinə və maliyyə sektorunun dayanıqlı inkişafının təşviqinə töhfə verməsi gözlənilir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?