6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq?

Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq?

Avqust ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı, Mingəçevir, Kəlbəcər, Lənkəran, Şəki, Samux, Xaçmaz və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər təşkil olunacaq.

KOBİA-nın məlumatına görə, onlayn və oflayn formatlarda baş tutacaq görüşlər balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı, ISO standartları və keyfiyyətin idarə edilməsi, heyvandarlıq və arıçılığın inkişafı, özünüməşğulluq proqramının yaratdığı biznes imkanları, turizm, kiçik həcmli qayıqların istehsalı və istismarı, rəqəmsal həllərin biznesdə tətbiqi, istixana fəaliyyəti, kommunal xidmətlərə qoşulma, eləcə də karbon izinin azaldılması mövzularını əhatə edəcək.

Görüşlərdə KOBİA-nın və aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarlıq fəaliyyəti ilə bağlı son yeniliklər, müvafiq sahələrdəki imkanlar və dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verəcək, biznes subyektlərini maraqlandıran sualları cavablandıracaqlar.

Sahibkarlar avqust ayında keçiriləcək sahəvi görüşlər və maarifləndirmə tədbirləri barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: https://smb.gov.az/az/events?slug=gorus

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?