6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Uğurlu texnoloji transformasiya necə baş verir?

Uğurlu texnoloji transformasiya necə baş verir?

Dünya İqtisadi Forumunun (DİF) və “McKinsey” şirkətinin təsis etdiyi “Qlobal Mayak Şəbəkəsi”nə üzv olan bəzi aparıcı müəssisələrdə texnoloji transformasiya və əməkdaşların bacarıqlarının inkişafı paralel tətbiq olunduqda məhsuldarlıq 70%-dək artıb, məhsulun bazara çıxarılma müddəti 10%-dək azalıb və əmək səmərəliliyi 50%-dək yüksəlib.

Bu nəticələr göstərir ki, texnoloji transformasiya yalnız yeni avadanlıq və rəqəmsal həllərin tətbiqi deyil. İnsan, proses və texnologiya eyni vaxtda, bir-biri ilə əlaqəli şəkildə inkişaf etdirilməlidir:

İnsan - yeni bacarıqları mənimsəyir və dəyişikliyi həyata keçirir.

Proses - texnologiyanın harada və necə dəyər yaradacağını müəyyənləşdirir.

Texnologiya - işləri avtomatlaşdırır, ölçülə bilən və genişləndirilə bilən edir/

Qlobal qabaqcıl müəssisələrdə yaradılan hər 1000 istehsalat işçisinə düşən yeni rəqəmsal vəzifələrin təxminən 60%-i texnologiya, 40%-i isə əməliyyat və proseslərlə bağlıdır. Bu da transformasiyanın yalnız rəqəmsal komandanın işinin olmadığını göstərir.

Azərbaycanda yerli müəssisələrdə texnoloji transformasiyanın strukturlaşdırılmış, məqsədyönlü və qabaqcıl beynəlxalq metodologiyalara uyğun aparılmasına töhfə vermək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” həyata keçirlir.

Proqrama qoşulmuş 18 müəssisədə insan, proses və texnologiya üzrə mövcud vəziyyət yerli və beynəlxalq ekspertlərin iştirakı ilə qiymətləndirilib və texnoloji transformasiya üzrə fərdiləşdirilmiş yol xəritələri hazırlanıb. Artıq start verilən icra mərhələsində müəssisələrə ekspert dəstəyi göstərilir, eyni zamanda yol xəritələrində nəzərdə tutulan təşəbbüslərin həyata keçirilməsi üçün maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində dəstək tədbirləri həyata keçirilir.

Proqram barədə ətraflı məlumat üçün: https://industry4.az

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?