6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın KOB subyektləri ilə türk dünyası ölkələrinin işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsi, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də biznes subyektləri arasında tərəfdaşlıq imkanlarının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Türk Ticarət Mərkəzi adından “Okuklu Holding”in direktoru Yılmaz Okuklu imzalayıblar.

Anlaşma Memorandumunda Azərbaycanın KOB subyektləri ilə türk dövlətlərindən olan sahibkarlar arasında birbaşa əlaqələrin qurulmasına və potensial tərəfdaşların müəyyənləşdirilməsinə dəstək göstərilməsi nəzərdə tutulur. İş adamları arasında əlaqələrin inkişafına töhfə verəcək birgə işgüzar və maarifləndirmə tədbirlərinin təşkili, işgüzar nümayəndə heyətlərinin, ticarət missiyalarının və ekspertlərin qarşılıqlı səfərlərinin həyata keçirilməsi imkanları da sənəddə öz əksini tapıb. Həmçinin, Azərbaycanda və türk dövlətlərində keçirilən sərgi, yarmarka və forumlar, eləcə də investisiya, ticarət və sənaye sahələrində əməkdaşlıq imkanları barədə məlumat mübadiləsinin aparılması və sahibkarların müvafiq tədbirlərdə iştirakının təşviqi planlaşdırılır.

Həmçinin KOBİA nümayəndələri Türk Ticarət Mərkəzi və mərkəzdə təşkil olunmuş sərgi ilə tanış olublar.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?