1 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Milli Proqram” çərçivəsində Azərbaycan dilində təlimlərin sayı 3250-yə çatdırılıb

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram” üzrə ana dilində olan təlim və kursların sayı daha da genişləndirilib.

“Milli Proqram”ın 3-cü mərhələsi çərçivəsində “Coursera” platformasında daha 750 təlim Azərbaycan dilinə tərcümə edilərək vətəndaşların istifadəsinə verilib. Bununla da platformada Azərbaycan dilində təlimlərin sayı 3 250-yə çatdırılıb (Azərbaycan dilində olan təlimlərin siyahısı).

Yeni əlavə olunan təlimlər süni intellekt və data analitikası, biznes və idarəetmə, proqram təminatının hazırlanması, liderlik, kibertəhlükəsizlik, bulud texnologiyaları, dayanıqlılıq və mühəndislik, şəxsi inkişaf və digər istiqamətləri əhatə edir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram”ın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında rəqabətli insan kapitalının formalaşdırılmasına dəstək olmaqdır.

Proqram çərçivəsində təqdim olunan təlimlər dünyanın 375-dən çox aparıcı universiteti və texnologiya şirkəti tərəfindən hazırlanıb. Bu tərəfdaşlar sırasında Stanford, Oksford, Yel, Dyuk, Miçiqan, London universitetləri, həmçinin “Google”, IBM, “Microsoft”, “Meta”, “Amazon Web Services” və “DeepLearning.AI” kimi qlobal texnologiya şirkətləri və təhsil təminatçıları yer alır.

Hazırda “Coursera” platformasında 21 000-dən çox təlim istifadəçilər üçün əlçatandır. Proqrama qoşulmaq üçün vətəndaşlar https://form.4sim.gov.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Proqram dövlət və özəl sektorun tərəfdaşlığı əsasında icra olunur. “Pasha Holding”, SOCAR, “Total Energies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın 3-cü mərhələsinin tərəfdaşları qismində çıxış edirlər.

Qeyd edək ki, bundan əvvəlki mərhələdə “Milli Proqram” çərçivəsində 67 mindən çox istifadəçi proqrama qoşulub və onlar 107 759 təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər. Azərbaycan dilinə tərcümə olunmuş kurslardan 18 600-dən çox istifadəçi faydalanıb və ümumilikdə 41 700 təlimi tamamlayıblar.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?