7 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2030-cu ildə ən çox tələb olunacaq texniki bacarıqlar hansılardır?

Dünya İqtisadi Forumunun (DİF) “Gələcəyin peşələri” (Future of Jobs) hesabatına görə, 2030-cu ilə qədər əmək bazarında texniki bacarıqlara olan tələbat sürətlə dəyişəcək. Süni intellektin geniş tətbiqi, rəqəmsallaşma və avtomatlaşdırmanın sürətlənməsi nəticəsində işəgötürənlər artıq yalnız peşə biliklərini deyil, yeni texnologiyalarla işləmək bacarığını da əsas üstünlük kimi qiymətləndirirlər.

Hesabat göstərir ki, ən çox tələb olunan bacarıqlar sırasında süni intellekt, kibertəhlükəsizlik, texnoloji savadlılıq, data analitikası, bulud texnologiyaları, avtomatlaşdırma və ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) bilikləri yer alır.

Bu bacarıqlar artıq yalnız İT mütəxəssisləri üçün deyil, müxtəlif sahələrdə çalışan peşəkarlar üçün də rəqabət üstünlüyünə çevrilir. Xüsusilə süni intellekt alətlərindən səmərəli istifadə etmək yaxın illərdə demək olar ki, hər bir mütəxəssis üçün əsas kompetensiyalardan biri olacaq.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin tərəfdaşlarla birgə həyata keçirdiyi “4Sİ Akademiyası – Milli Proqram” bu bacarıqları inkişaf etdirmək istəyənlər üçün dünyanın aparıcı universitetləri və texnologiya şirkətlərinin hazırladığı minlərlə beynəlxalq səviyyəli onlayn kursa ödənişsiz çıxış imkanı təqdim edir. Proqram vasitəsilə iştirakçılar həm gələcəyin bacarıqlarını mənimsəyə, həm də beynəlxalq sertifikatlar əldə edərək əmək bazarında rəqabət qabiliyyətlərini artıra bilərlər.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?