6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
1300-dən çox işləyən pensiyaçının pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılıb

1300-dən çox işləyən pensiyaçının pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili tamam olduqda onun pensiyası yenidən hesablanaraq artırılır.

İşləyən pensiyaçıların pensiyalarının bu qaydada yenidən hesablanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin sonundan proaktiv mexanizm üzərindən avtomatik qaydada həyata keçirilir.

Qeyd olunan hesablanmanın proaktivləşdirildiyi dövrdən indiyədək yaşa görə pensiya alan 1300-dən çox işləyən pensiyaçının pensiyası 6 illik yenidən hesablanma ilə əlaqədar yenidən hesablanaraq artırılıb.

Müvafiq qaydada pensiyaları yenidən hesablanan şəxslərə bu barədə SMS bildirişləri ilə məlumat da göndərilir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?