6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xarici dövlət borcu 4,1 faiz azalıb

Xarici dövlət borcu 4,1 faiz azalıb

2026-cı il 1 iyul tarixinə Azərbaycanın xarici dövlət borcu 4.616,8 milyon ABŞ dolları və ya 2026-cı il üzrə 130.873,5 milyon manat (76.984,4 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırlan ÜDM-in 6,0 faizini təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin dövlət borcu və dövlət zəmanətli borc üzrə yarım illik statistik bülletenində bildirilir.

Xarici dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon ABŞ dolları və ya 4,1 faiz azalıb.

2026-cı ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində 57,1 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə zəifləməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 20,4 milyon ABŞ dolları məbləğində azalması müqabilində 233,4 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib. 2026-cı ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi azalıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?